En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  Yeddi kilsə monastır kompleksi

Yeddi kilsə monastır kompleksi - Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında "Yeddi kilsə" adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksidir. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır.

      Məbədin tarixiylə bağlı kifayət qədər məlumat qorunmamışdır. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur. Belə ki, Albaniyanın Alban Arşakiləri sülaləsindən olan hökmdarı III Mömün Vaçaqanın hakimiyyətə gəldikdən sonra, sonradan Alban Həvvari Kilsəsinin katolikosu olan Müqəddəs Qriqoris in təhriki və təsiri ilə xristianlıq Qafqaz Albaniyasında rəsmi dövlət dini elan edilir. Albaniyada əsası hələ I əsrdən qoyulan xristian icması müstəqil şəkildə və geniş fəaliyyət göstərməyə başlayır. III Mömin Vaçaqanın əmri ilə ölkənin hər yerində möhtəşəm kilsələr və monastırlar inşa edilir, dini təhsil verən məktəblər açılır. Məhz Yeddi kilsə monastır kompleksinin də o zaman inşa edildiyi düşünülür.

     Azərbaycanın dini memarlıq abidələri içərisində Yeddi Kilsə kompleksi özünün gözəl planlaşdırmasının yeganəliyinə görə fərqlənir. Komppleks tarixi Azərbaycan ərazisində - Qafqaz Albaniyasının ən qədim monastır kompleksərindən biridir. Monastırın ərazisində 1980 – ci ildən (fasilələrlə) arxeoloji tədqiqat işləri aparılmaqdadır. Tədqiqatlar göstərmişdir ki, ərazidə böyük, əzəmətli kompleks mövcud olmuşdur. Kompleksə dini və mülki binalarla yanaşı, darvazalı müdafiə divarları, sovməələr, və Kilsə qalası adlı kiçik qala daxildir. Kompleksin dini tikililəri arasında ən qədimi üç nefli məbəd, ondan şərqdə yerləşən əsas xaçvari günbəzli məbəd, həmçinin monastırın geniş ərazisinin (indi kənd yolu ilə bölünüb) mərkəzində inşa edilmiş beş sovməə daxildir.

     Monastırın dini tikililəri Ləkitçay dərəsinin kənarında, yarımhalqa şəklində dağların yamacları ilə əhatə olunan hamarlanmış meydançada yüksəlir. Bir qədər yuxarıda terraslarda təsərrüfat və yaşayış yerləşgələri vardır ki, onların planı hələ aydınlaşdırılmamışdır.

     Kompleksə ümumilkdə doqquz abidə daxildir ki, onlardan da yeddisi kilsələr və onlara bitişik olan rahiblərin və qonaqların yaşaması üçün binalar, zəng qülləsi, Hündür keşikçi qülləsi və kompleksin təhlüzəsizliyini təmin etmək üçün çəkilmiş möhkəm qala divarlarıdır.

     Kompleksə daxil olan kilsələrdən yalnız baş kilsə bir qədər böyükdür və üç neflidir. Digər altı kilsə isə bir nefli kiçik kilsələrdir. Kilsə binalarının hamısı bazilika formasında inşa edilmişdir. Ərazidən tapılan çoxlu kirəmit qalıqları və kilsələrin salamat qalmış dam hissələri binaların üstünün örtülməsi üçün səliqə ilə hazırlanmış kirəmitlrdən istifadə edildiyini söyləməyə əsas verir.

     Kompleksə daxil olan abidələrin hamısının fasadı səliqə ilə kəsilmiş daşlarla üzlənmişdir. Lakin daşların üstündə heç bir oyma bəzək və naxışlara rast gəlinməmişdir. Bütün bu sadə quruluş isə özlüyündə kompleksə əzəmət bəxş etmişdir.

     Əsas kilsə binası da daxil olmaqla kompleksin bütün binaları çay və əhəng daşları və əhəng məhlulu qatışığı ilə inşa edilmiş, səliqəli kəsilmiş daşlarla üzlənmişdir. Kilsələrin hamısı binanın cənubunda və şimalında cüt yerləşdirilmiş ensiz və uzunsov pəncərələr vasitəsiylə işıqlandırılmışdır. Lakin sonrakı dövrdə naməlum səbəbdən bütün kilsələrin Şimaldakı pəncərələri qapadılmışdır.

     Tikintisi VVI əsrlərə aid edilən, apsidaları divar layından qabağa çıxan üç nefli Müqəddəs Faddey bazilikası kompleksin ən qədim və böyük məbədidir. O, digə tikililərdən bir qədər aralı, indi monastır ərazisindən keçən yolun qərb tərəfində yerləşir. Qalan bütün dini tikililər şərq tərədə qruplaşıb. Özünün çoxəsrlik mövcudluğu tarixində bazilika əsaslı dəyişiklərə məruz qalmışdır. Arxeoloji tədqiqatlar nəticəsində məbədin ilkin görünüşünü bərpa etmək mümkün olmuşdur. O, iki sütunlu və üç yarımdairəvi çıxıntıdan ibarət altar hissəsi olan məbəd kimi V – VI əsrlərdə inşa edilmişdir.

     Məbəd əvvəlcə, güman ki, gümbəzsiz olmuş və yalnız ikinci dəfə yenidənqurma zamanı məbədə günbəz əlavə edilmişdir. Məbədin iç məkanında üçneflilik iki pilonla və qərb divarında onlara uyğun gələn kürəkilərlə əldə edilmişdir. Şərq hissə dərin yarımdairəvi altar apsidasından və apsidal iki xidmət yerləşgəsindən (pastaforiy) ibarətdir. Apsidalar xarici divarların əmələ gətirdiyi düzbucaqlının içərisinə daxil edilməmişdir.

     Giriş qapıları əvvəlcə qərb, şimal və cənub divarlarına yerləşmişdir. Narteks (kilsə qabağı giriş yerləşgəsi) kilsənin ümumi məkanına daxil idi və yalnız sonralar divarla ondan ayrılmışdır. Məbədin yaxın analoqları Qum bazilikası, Ağoğlan monastırının əsas bazilikası və Xudavəng monastır kompleksinə daxil olan həcmcə kiçik bazilikadır. Bu məbəd binalarını bir – birinə nəinki tipoloji əlamətlər, həmçinin altar hissənin biçimi, sütubların forması, qapı açırımlarının yerləşmə tərzi, yan divarlarda kürəklərin olmaması və sair bu kimi detallar yaxınlaşdırır. Genetik və analogiyalar, arxeoloqların məbədin inşası haqqında söylədiyi tarixi (V – VI əsrlər) təsdiq edir.

     Əsas kilsə binası xarcdən düzbucaqlı quruluşa malik olub, daxildə sütunlar və tağlar vasitəsiylə üç nefə ayrılmışdır. Kilsənin Şimal hissəsində möhtəşəm apsisi, apsisin hər iki tərəfində isə kiçik cübbəxana otaqları vardır. Kiləsinin üç girişi vardır. Cənub, Şərq və Qərb girişləri arasında Şərq girişi kiçik olması ilə digərlərindən fərqlənir. Sütunların düzülüşü mərkəzi nefdə düzbucaqlı quruluş meydana gətirmişdir.

     Bazilikanın yanlarında sırf xristian funksiyaları daşıyan iki əlavə tikili vardır. Sağ tərəfdə ibadət otağı, sol tərəfdə isə qurbangah mövcuddur. Təxminən mərkəzdə iki sütun və qalın taxtalı qərb divarında iki pilyastr yerləşmişdir. Yanlardakı neflərin və ortadakı daha uca nefin tağları onlara, habelə iki absidaya dayaqlanmışdır. Məbədin qərb tərəfində sonrakı alban kilsə memarlığı üçün çox səciyyəvi olan qalereya formalı örtük vardı. Göstərilən örtük ilk dəfə Qumdakı bazilikada meydana gəlmiş örtük mövzusunun davamıdır. Mütəxəssislər güman edir ki, bu məbəd IV-VI əsrlərdə tikilmişdir. Fasadların kobud şəkildə yonulmuş daşlardan yaradılmış memarlığı üçnefli bazilikalar üçün səciyyəvi olan qabarıq mərkəzi hissəli monumental binanı təşkil edir. Açıq qalereya formalı örtük abidəyə cənub koloriti vermişdir.

     Onun memarlığı fasadda üç qabarıq nefin çəpəki transeptlə daha mürəkkəb uzlaşması əsasında həll edilmişdir. Neflərin qovşaqlarında günbəzlərlə örtülmüş baraban üçün nəzərdə tutulan əsas mövcuddur. Daxili günbəz yarımdairə şəklində, yuxarı günbəz isə çatma formadadır. Transeptin yuxarı hissəsindəki şimal və cənub fasadlarında qabarıq yarımdairəvi pəncərələr vardır. Bu pəncərələr zəngin haşiyələrlə əhatə edilmişdir. Kilsənin üç qapısı vardır. Həmin qapıların yuxarı hissələri haşiyəli yarımdairəvi tağla örtülmüşdür. Bu bazilika VII-VIII əsrlərdə və yaxud bir qədər sonrakı tarixi mərhələdə inşa edilmişdir.